Abituriyent hazırlığı Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin ali məktəblərə qəbul proqramı əsasında aparılır. Hazırlıq 8, 9, 10, 11-ci siniflər və məzunlar üçün nəzərdə tutulur.
Dərslər online şəkildə həftədə 3 dəfə olmaqla YouTube və Zoom proqramı vasitəsilə həyata keçirilir. Dərsdə keçirilən bütün mövzuların video izahları, materiallar və mövzuya uyğun testlər göndərilir.
Respublika Fənn Olimpiadalarına (RFO) hazırlıq online şəkildə aparılır. Hazırlıq 8, 9, 10 və 11-ci siniflər üçün nəzərdə tutulur.
İmtahan sonrası toplanılan bala uyğun ixtisas seçimi (kodlaşdırma) etmək üçün əvvəlcədən qeydiyyata yazılmalısınız.